Avtomatik Qapılar

About the product
Avtomatik açılıb-bağlanan qapılar və darvazaların bütün növləri elektrik mühərrikin köməyilə qapıların yerdəyişməsidir. Mühərrik əsas idarəedicidən əmr alıb, elektriki qapılara ötürür və bu qapılar insanın iştirakı olmadan avtomatik açılıb bağlanır.

Avtomatik qapılar – iş mərkəzlərindən tutmuş qeyri-kommersiya müəssisələrinədək istənilən növ binaların giriş və çıxışlarının təşkilatının müasir və çoxfunksionallı variantıdır. Avtomatik qapıların tətbiqi onların rahatlığı, estetikası və səmərəliliyi sayəsində olduqca məşhurdur.

Avtomatik qapilar müxtəlif arxitektura dizaynlarına uyğun olaraq hazırlana bilən, əl ilə və ya motorla idarə olunan, qapıların yanındakı raylarla tavana qatlanan qapılardır. Şəxsi evlərin qapalı qaraj girişlərində və Binaların qapalı avtopark girişlərində avtomatik qaraj qapılarına üstünlük verilir.

Bu cür qapıları, yüksək keçirmə qabiliyyətini təmin edərək, insanların maneəsiz və kontaktsız şəkildə keçməsi üçün, yaxud əksinə, girişi məhdudlaşdırmaq üçün quraşdırırlar. Yüksək keçirmə qabiliyyətini avtomatik fotosel qapılar, taybatay açılan və dairəvi fırlanan qapılar təmin edir.
Цена
800
Contact with supplier
BACK TO TOP